Azərbaycanda qeyri-adi qırmızı yumurta FOTOLAR

Azərbaycanda qeyri-adi qırmızı yumurta FOTOLAR

Gəncədə fərdi təsərrüfatlardan birində qaz qeyri-adi yumurta yumurtlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qeyri-adi hadisə Gəncənin qərb bölgəsində Kəpəz rayonun ərazisində Kələbəcər rayonundan olan məcburi köçkün Sədaqət Qasımovanın həyətində baş verib. Belə ki, ev sahibi bir neçə gün əvvəl səhər saatlarında qazları hindən çölə çıxararkən yuvada adi yumurtaların yanında tünd qırmızı rəngdə daha bir yumurta görüb. Sədaqət Qasımova əvvəlcə bunun qaza aid olduğuna tərəddüd edib və heç kimə demədən yumurtanı atıb. Bu hal yenə də təkrarlananda sındırıb. Təsərrüfat sahibi üçüncü dəfə tünd qırmızı rəngli qazın yumurtasını qonşulara göstərib.

P.S: Bu yumurtadan nə cür qaz balasının çıxacağı isə olduqca maraqlıdır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə