Təzə alınan paltarı geyinməzdən yumaq lazımdır NİYƏ?

Mütəxəssislər həyəcan təbili çalır
Təzə alınan paltarı geyinməzdən yumaq lazımdır NİYƏ?

Yəqin razılaşarsız ki, əksər insanlar yeni paltar alanda məhz onun təzəliyini düşünərək dərhal geyinirlər. Düşünürlər ki, yeni olduğundan gigiyenik cəhətdən də təmiz olar. Amma mütəxəssislər deyir ki, təzə paltar alanda paltarı mütləq yumaq lazımdır. Ona görə ki, bəzi istehsalçılar xüsusi kimyəvi maddələr qatırlar ki, paltar şux görünsün.

Göründüyü kimi əksər insanlar mağazadan aldıqları paltarları yumadan geyinirlər. Amma mütəxəssislər həyəcan təbili çalır. Təzə alınan paltarı geyinməzdən yumaq lazımdır. Səbəb kimyəvi maddələrdir

Paltarları yuyandan sonra mütləq ütüləmək lazımdır. Bu zaman yeni geyimlərdə ola biləcək kimyəvi maddələrin qalıqları məhv olur. Uşaqların dəriləri həssas olduğundan daha çox onların geyimlərini alanda gigiyenik qaydalara əməl etmək lazımdır.

Əks təqdirdə dəridə müəyyən xəstəliklər əmələ gələ bilər. Paltarı yuyan zaman da onu mütləq etiketində qeyd edilən temperaturda yumaq məsləhətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə