65 yaşlı qadın dörd əkiz uşaq dünyaya gətirib

65 yaşlı qadın dörd əkiz uşaq dünyaya gətirib

Almaniyada 65 yaşlı Berlin sakini Anneqret Rauniq qeysəriyyə əməliyyatı ilə dörd əkiz uşaq – üç oğlan və bir qız dünyaya gətirib. Əməliyyatdan sonra çəkiləri 650 qramdan 960 qramadək olan uşaqlar inkubatora yerləşdirilib. Qəhrəman ananın vəziyyəti barədə məlumat verilmir.

Anneqret Rauniq buna qədər 13 uşaq dünyaya gətirmişdi. Onun hətta 7 nəvəsi də var. Yaşlı qadın hamilə olduğunu aprel ayının ortalarında bilib. Dörd uşağının olacağı barədə xəbər ona əsl şok yaşadıb. Bir neçə il əvvəl Rauniq süni mayalanma ilə hamilə qalmağa cəhd etsə də, buna müvəffəq olmamışdı.

Berlində ingilis və rus dillərindən dərs deyən qadın 13-cü uşağını 55 yaşında dünyaya gətirərək məşhurlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə