Qonaqlar, tort, içki və 1,6 min dollarlıq gəlinlik
Avstraliyada it toyu FOTO

Avstraliyada "Pug Rescue and Adoption Victoria" adlı xeyriyyəçi təşkilat iki mops cinsli iti evləndirmək qərarına gəlib. SİA "Herald Sun"a istinadən xəbər verir ki, yeni evlənən itlərin toy mərasimi bütün halları ilə nəzərə alınıb. Qonaqlar, tort və içkilər, o cümlədən, bahalı bəy-gəlin geyimləri. Belə ki, toy mərasimində 60 it, 250 insan iştirak edib. Mərasimə giriş pullu olub. Biletlər isə internet vasitəsilə satılıb. Əldə edilən gəlir evsiz heyvanların saxlanması mərkəzinə verilib.

İtlərin nikah mərasimi çoxsaylı gül-çiçəklə bəzədilmiş geniş zalda həyata keçirilib. Nişan üzükləri yerinə bəy və gəlin mopslar yaxalıqlar taxıblar.

Xeyriyyəçi təşkilatın rəhbəri deyib ki, tor mərasiminə biletlər bir neçə gün öncədən satılıb. Jasmin və Casper adlı itlər isə torlarına qədər düz 7 il birlikdə yaşayıblar.

O da qeyd olunub ki, gəlinliyi avstraliyalı modelyer Kreyq Breybuq hazırlayıb və onun qiyməti 1,6 min dolları təşkil edib. Bəy üçün kostyumu isə Melbrundan olan dizayner Qodvin Hilli hazırlayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə