Lənkəranda qeyri-adi ördək balası FOTOLAR

Lənkəranda qeyri-adi ördək balası  FOTOLAR

Son illər dünyaya gələn qeyri-adi ev heyvanları ilə tez-tez rastlaşırıq. Budəfəki hadisə isə Lənkəran rayonunun Zövlə kənd sakini, 54 yaşlı İltifat Kazımovun fərdi təsərrüfatında qeydə alınıb. SİA-nın Cənub bürosunun məlumatına görə, təsərrüfat sahibinin kürt ördəyinin bir neçə gün öncə yumurtadan çıxardığı balalardan biri qeyri-adiliyi ilə hamının təəccübünə səbəb olub.

İltifat Kazımov deyir ki, gördüyümüz kimi, ördəkdə ayaq hər zaman qabaq hissədə olub. Bunda isə möcüzəli şəkildə arxa hissədədir. Belə ki, balanın hər iki ayağı tərsinə çevrildiyindən o, yalnız arxası üstündə olarkən gəzməyə cəhd edir. Normal qaydada isə bala yeriyə bilmir. Şəxsi təsərrüfatında xeyli sayda quş saxlayan ev sahibinin sözlərinə görə, quşçuluqla məşğul olduğu 50 ilə yaxın müddət ərzində ilk dəfədir ki, belə hadisə ilə qarşılaşır.

Mütəxəssislərin fikrincə, belə anomal halın başverməsinə səbəb, quşda genetik formanın pozulması, mayalanmanın qeyri-normal şəraitdə olması ilə əlaqədardır. Burada həmçinin iqlim dəyişkənliyinin də müəyyən qədər təsiri ola bilər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə