Xoşbəxtliyin düsturu budur; "Təhlükəsiz Seçim" + "Aşağı Risk" + (Ortaya çıxan nəticə - Gözlənilən nəticə) = Xoşbəxtlik..
Xoşbəxtliyin düsturu tapıldı

İngilis elm adamları xoşbəxtliyin riyazi düsturunu tapıblar. Xoşbəxtliyin düsturu budur; "Təhlükəsiz Seçim" + "Aşağı Risk" + (Ortaya çıxan nəticə - Gözlənilən nəticə) = Xoşbəxtlik.

İngiltərənin paytaxtı Londonda olan Max Planck University College London Psixiatriya və Qocalma Araşdırma Mərkəzindən elm insanları, xoşbəxtliyin riyazi düsturunu nəşr ediblər. Xoşbəxtliyin düsturu Demet Akalının mahnısında olduğu kimi "bir qadın, bir kişi, bir də körpə" deyil.

Xoşbəxtliyin təmənnaya söykəndiyini söyləyən ingilis mütəxəssislər, düsturu, müəyyən müsbət nəticələr qaranti edən etibarlı seçimlər etmək, tədbiri alınmış risklər almaq və ortaya çıxan nəticənin gözləniləndən daha müsbət olması olaraq açıqlayıblar. ABŞ mərkəzli araşdırma şirkəti Gallup da dünya səviyyəsində bir xoşbəxtlik araşdırması edib. Dünyanın 143 ölkəsində edilən araşdırmada olduqca çaşdırıcı nəticələr çıxıb.

Şiddət hadisələri ilə nam salan Kolumbiya, Honduras, El Salvador kimi Latın Amerika ölkələri siyahının ilk sıralarında yer alıb. Yəni ən xoşbəxt insanlar buralarda yaşayırlar. Yenə keçdiyimiz il Ebola virusunun qırıb keçirdiyi Liberyada yaşayan insanlar da, çaşdırıcı şəkildə bir çox ölkədə yaşayan digər cəmiyyətləri xoşbəxtlikdə geridə buraxıb. Döyüşlərin və daxili qarışıqlığın sürdüyü Ukrayna, Əfqanıstan, Yəmən kimi ölkələrdə də gözlənilənin üzərində nəticələr var. Türkiyədə yaşayanlar isə xoşbəxtlik sıralamasında, 54 xalla siyahıda sondan üçüncü sıradadır.

Yalnız cəmiyyətlərin xoşbəxt olması deyil, şirkətlər və markalar üçün də "xoşbəxtlik" anlayışı çox əhəmiyyətlidir. Çünki markalar və şirkətlər üçün xoşbəxt edilməsi lazım olan müştəriləri vardır. Müştəri xoşbəxtliyi ən qısa şəkliylə, müştərinin ehtiyacının aradan qaldırılması və istəyinin qarşılanması sonrasındakı təmin nisbətidir. Müştərinin aldığı xidmətlərdən məmnun qalma səviyyəsi olaraq da təyin oluna bilər. Müştəri xoşbəxtliyi ya da belə desək, müştəri məmnuniyyəti, bütün biznes üçün lazımlıdır. Müştərilərinizi məmnun etsəniz sadiq müştərilər olur və bu da marka müvəffəqiyyətində və davamlılığında ən əhəmiyyətli kriterlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə