Britaniya şahzadəsinin burun sevgisi

Britaniya şahzadəsinin burun sevgisi

Britaniya şahzadəsi Harri Yeni Zellandiyaya bir həftəlik səfərini davam etdirir. SİA "Sky News"-ə istinadən xəbər verir ki, gələcəkdə Brtitaniya taxt-tacına sahib olacaq şahzadə Harri Yeni Zellandiyanın yerli aborigenləri ilə xüsusi salamlaşma ritualını həyata keçirməkdən zövq alıb. Maori qəbiləsi ilə keçirilən görüşdən sonra isə Britaniya şahzadəsi ölkənin ən böyük həbri bazasına gedərək, orada milli xaka rəqsini də oynayıb.

Səfəri çərçivəsində şahzadə deyib ki, o tezliklə öz yarını tapmaq və ata olmaq arzusundadır. O, həmçinin bildirib ki, yaxın qohumu, Kembirc hersoqiniyası Ketrinin yeni doğulmuş körpəsi – Şarlottanı görmək istəyir. Belə ki, hersoqinya Ketrinin əri Harrinin böyük qardaşı şahzadə Vilyamsdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə