ABŞ-ın Nebraska ştatında həkimlər beyni fəaliyyətdən qalmış hamilə qadını iki ay həyatda saxlayıblar. Onların bu cəhdləri heyrətamiz hadisəyə - sağlam uşağın dünyaya gəlməsinə səbəb olub. Jurnalistlər hadisədən yalnız bir ay sonra xəbər tutublar. Rusiyanın NTV telekanalı xəbər verir ki, 22 yaşlı Karla Peres onda başlanan güclü daxili qanaxma zamanı ikinci uşağa hamilə idi. Həmin vaxt evdə olan ana vaxtında tibbi yardım ala bilməyib və nəticədə onun beyninin fəaliyyəti dayanıb.
Həkim Andryu Robertsonun sözlərinə görə, xəstəxanaya gətirilən zaman Karlanın bətnindəki körpə sağlam olsa da, hamiləlik müddətinin azlığı onun əməliyyatla dünyaya gətirilməsini qeyri-mümkün edirdi.
Bu səbəbdən həkimlər gənc ananı 54 gün süni şəkildə həyatda saxlayıblar. Nəhayət, uyğun vaxt yetişib və aprelin 4-də uşaq qeysəriyyə əməliyyatı ilə ana bətnindən götürülüb. Belə inanılmaz hadisədən sonra dünyaya gələn körpənin adını Encel (Mələk) qoyublar. Encelin vəziyyətinin stabil olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB