"Daha bir nağıl" devizi altında
Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousunun reklam çarxı təqdim
olunub. SİA-nın məlumatına görə, "Daha bir nağıl" devizi altında hazırlanan veriliş mayın 9-da ANS telekanalında yayıma başlayır.
Hər gün saat 22:00-da efirə gedəcək şounun iştirakçıları "Maşın"da bu günə kimi gördüyümüz ən səs-küylü məşhurlar olacaq. Onlar arasında xalq artisti Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev, Xatirə İslam, Roza Zərgərli, Rəhim Rəhimli, stilist Anar Ağakişiyev və başqaları yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB