Avropada turizmin yeni növü

"Ayaqyalın turizm" Avropada getdikcə daha çox populyarlıq qazanır. Ayaqqabısız gəzməyi xoşlayanlar əmindirlər ki, bu, sağlamlıq üçün faydalıdır. "Ayaqyalınların" sıraları elə sürətlə genişlənir ki, onlar üçün müxtəlif örtülü, məsələn, qum, xırda daş, qoza və s. döşənmiş xüsusi yollar yaradılır. Ayaqyalın gəzməyi sevənlər üçün ən uzun yol 10 kilometrdir. Bu yol Avstriyadan Çexiyanın Valtitse şəhərinə qədər uzanır.

Bütün xəbərlər Facebook səhifəmizdə