Çinlilər ilan qanı üçün sərvət xərcləyirlər

Çinlilər ilan qanı üçün sərvət xərcləyirlər

İndoneziyada yaşayan çinlilər insan dərisini qoruyaraq gözəlləşdirdiyinə və qanın təmizlənməsinə inandıqları üçün ilan yeyirlər. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, restoranlara axın edən çinlilər daha çox "şiş ilan" menyusuna üstünlük verirlər.

Restoranlarda ilandan hazırlanan yeməklərin başlanğıc qiyməti 2 dollardır. Ən bahalı yemək isə ilan qanıdır. Bir litr ilan qanının qiyməti isə 200 dollardır.

Qeyd edək ki, restoran sahibləri müştərilərinə təzə ilan verdiklərini göstərmək üçün onları restoranda xüsusi yerdə bəsləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə