Arvadının cəsədi ilə yaşayır
Sədaqət, yoxsa?..

57 yaşındakı Le Van, 2003-cü ildə arvadı öldükdən sonra 22 ay ərzində yoldaşının məzarının üstündə "yatıb". Ancaq zaman içərisində ağır hava şərtlərindən mənfi təsirlənən Le, bu səfər yoldaşının məzarına tunel qazmağa başlayıb.

Ailəsinin təzyiqi nəticəsində qazıntı işindən imtina edən Le, yoldaşının yanında yata bilmək üçün bu səfər də yoldaşının nəəşini məzardan çıxarıb. Arvadının sümüklərini, gipsdən qadın şəklində edilmiş və boyanmış tabuta yerləşdirən Le, qadın paltarları geydirdiyi gips tabutla birlikdə yatmağa başlayıb.

Vyetnamda ölülər ümumiyyətlə, yaşayış yerlərindən uzaq qəbiristanlıqlarda ailə məzarlarına basdırılır. Təxminən 5 il sonra məzarlar açılır, mərasimlə geriyə qalan sümüklər təmizlənib, daha kiçik bir tabut içərisində yenidən basdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə