80 metr dərinlikdə kərgədan quşları, uçan tülküləri, hətta buludları olan dünya
Yeni dünya ŞOK

1991-ci ildə sadə bir fermer Vyetnamın milli Phon Nha-Ke Bang parkında əvvəllər heç kimə məlum olmayan mağaranı tapır. Lakin içəridən gələn suyun gurultulu səsi onu qorxudur və aşağı getməyə qorxur. Yerli sakinlər mağaranı Son Doong adlandırırlar, lakin araşdırma aparmırlar.

2009-cu ildə başda Hovard Limbert olmaqla bir qrupp britaniyalı araşdırmaçı mağara ilə rastlaşdıqda sonna qədər getməyi qərara alırlar. Orada qarşılarına çıxan 5 km uzunluğundə 150 metr enində yeni dünya isə hər kəsi mat qoyur.

Dünyanın ən böyük mağarası adını alan bu unikal yer xüsusi flora, fauna, göllər və hətta buludlara sahibdir.

Mağarada 3 metr uzunluqda olan sıx cəngəllik var. Burada meymunlar, kərgədan quşlar və uçan tülkülər var.

Bütün xəbərlər Facebook səhifəmizdə