“Ərim itkin düşüb” demişdi, amma...

Türkiyədə 5 gündür itkin düşən Cövdət Kürmuğ ölü tapılıb.
“Ərim itkin düşüb” demişdi, amma...

Hadisə ilə bağlı iki nəfər - Kürmuğun arvadı və onun sevgilisi olduğu güman edilən şəxs həbs olunub. 3 uşaq atası və xərçəng xəstəsi olduğu bildirilən Cövdət Kürmuğ aprelin 8-də itkin düşüb. Kürmuğun həyat yoldaşı Bircan Kürmuğ polisə müraciət edərək ərinin itdiyini bildirib.

Cövdət Kürmuğun tapılması məqsədilə axtarışa başlanıb. Axtarışların 6-cı günündə 38 yaşlı Cövdət Kürmuğun cəsədi çay sahilində çılpaq və başı əzilmiş halda tapılıb.

İstintaq zamanı mərhumun həyat yoldaşı Bircan Kürmuğ ilə sevgilisi Vəli Y. cinayətdə şübhəli şəxs kimi saxlanılıblar. Hər iki şübhəli məhkəmədə cinayəti birlikdə işlədikləri ittihamı ilə həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə