Əcəli çatmış insanlar ölüm anı gələrkən bəzi hallarda elə ağlasığmaz vasitələrlə dünyadan köçürlər ki, insan təəccübünü gizlədə bilmir. Sizə təqdim edəcəyimiz video da, məhz belə ölüm hadisələrinin birindən bəhs edir.
Hadisə Braziliyada motosikletə quraşdırılan video registr tərəfindən lentə alınıb. Belə ki, motosikletini yol qırağı ilə idarə edən sürücüyə əks yoldan keçən avtomobilin təkəri yerindən çıxaraq sürətlə çırpılır. Hadisə nəticəsində motosiklet sürücüsü yerindəcə keçinib.
Hadisə ilə bağlı lentə alınmış görüntüləri sizlərə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB