Sultan oğlunu evləndirdi FOTOLAR

Dünyanın ən zənginlərindən olan Bruney Sultanı Həsən əl Bulkiyə, ən kiçik oğlu Şahzadə Abdülmaliki evləndirib. SİA-nın məlumatına görə, paytaxt Bəndər Səri Beqavanda 1788 otaqlı "Istana Nurul Iman" Sarayında keçirilən toy mərasimində daş-qaş və zinət əşyalarının miqdarı bir çoxlarının marağına səbəb olub.

Qızıl və almazlarla bəzədilmiş ənənəvi toy paltarları geyən cütlük, toy boyunca yenə qızıldan hazırlanmış taxtda əyləşiblər.

Gəlin Rabiyatül Adeviye-nın xüsusi dizaynlı "Christian Louboutin" markalı ayaqqabıları "Swarovski" daşlarıyla bəzədilmişdi. İnformasiya mütəxəssisi olaraq çalışan gəlinin 6 almazla bəzədilmiş tacı, üzüm böyüklüyündəki 3 almazdan ibarət olan boyunbağısı, həmçinin buketində gül yerinə qızılın olması da qonaqların diqqətindən qaçmayıb.

Qeyd edək ki, Bruney sultanının 12 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə