Milyonda bir görülən hadisə

İngiltərənin Kingswinford bölgəsində yaşayan Rebecca Horton və Curtis Martin cütlüyünün sahib olduğu əkiz körpələr dünyada çox nadir görünən bir xüsusiyyətə sahibdirlər. Belə ki, Kendall və Baylee adları verilən əkiz körpələr bir-birlərindən tamamilə zidd xarici görünüşə malikdirlər. Kendall eynilə atası kimi əsmər bədənli və qara gözlü ikən, Baylee anası kimi sarışın və mavi gözlü oldu. Dünyada milyonda bir görülən hadisə əkiz körpələrin eyni DNT-ni daşımadığı mənasına gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə