12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SİA-nın məlumatına görə, SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika Günü elan olunub. Buna səbəb isə 54 il əvvəl -1961-ci ilin aprelin 12-də Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. Qaqarin Baykonur kosmik mərkəzindən leytenant rütbəsində kosmosa uçmuş, dünyaca məhşur mayor kimi yerə enmişdi.
Uçuşdan iki öncə Qaqarin qəza baş verəcəyini nəzərə alaraq həyat yoldaşına vida məktubu yazıb. Qaqarinin arvadı Valentina bu məktubu 1961-ci ildə alıb, amma kosmonavt 1968-ci il uçuşu zamanı qəzaya düşüb və vəfat edib.
Kosmonavt olmaq üçün namizədlərin seçilməsi plansız ekspert qrupu tərəfindən həyata keçirilib. Psixoloqlar Yuri Qaqarinin aşağıdakı xarakterik əlamətlərini qeyd ediblər: "İdman oyunlarında Yuri liderdi. Onun qazanmaq iradəsi, məqsədə çatmaq hissiyatı, komanda ruhu bunu izah edir. Onun sevimli sözü "iş"dir. O, bacarıqlarına görə özünə güvənirdi. Açıq ürəkli, nəzakətli, həssas və dəqiq idi. Onun əla yaddaşı, yüksək intelekti var idi. O bir şeyi düzgün hesab edirdisə, heç nəyə baxmayaraq onu müdafiə edərdi."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB