Doğlumamış körpənin cinsini müəyyənləşdirən faktorlar MARAQLI

Doğlumamış körpənin cinsini müəyyənləşdirən faktorlar MARAQLI

Müasir alimlər araşdırma apararaq nəticəyə gəliblər ki, hansı faktorlar doğulacaq körpənin cinsini müəyyənləşdirə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlər bu istiqamət üzrə 1838 ildən müasir zamanımıza qədər araşdırmalar aparıblar. Bəlli olub ki, vaxtaşırı olaraq, yəni tez-tez sekslə məşğul olmaq oğlan uşağının doğulması ilə nəticələnir. İctimai stressin yaranması və artması isə qız uşağının anadan olmasına səbəb olur.

Alimlər eyni zamanda təsdiq edirlər ki, körpənin cinsinin müəyyən olmasında onun valideynlərinin hormonallıq amili də rol oynayır. Məsələn, menstrual tsiklin əvvəlində cinsi əlaqə olarsa, oğlan uşağı doğula bilər. Bu halın pik həddi qadınlarda ovulyasiyaya iki gün qalmış müşahidə olunur. Əgər qadın sekslə tez-tez məşğul olursa bu, daha tez formalaşa bilər. Bunu statistika da sübut edir. Məsələn, 1919 və 1944-cü illərdə dünya müharibələrinin sonlarına yaxın seksləməşğul olma halları daha çox olurdu. Məhz həmin illərdə dünyada kişi cinsinin artımı müşahidə olunmuşdu.

Qız uşaqlarının daha çox anadan olduqları dövr isə dünyada baş qaldıran və tarixi hadisələrlə nəticələnən böyük stresslər zamanı müşahidə edilib. Belə ki, 1995-ci ildə (həmin il dünyanın bir çox yerlərində dağıdıcı zəlzələlər baş vermişdi) və 2001-ci ildə (ABŞ-da əkiz qüllələrdə terror aktı) dünyada qız uşağları oğlan uşaqlarında daha çox doğlulmuşdu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə