Baş nazirin yorulmamasının səbəbi bu meyvə imiş

Baş nazirin yorulmamasının səbəbi bu meyvə imiş

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun gərgin iş rejiminə baxmayaraq, yorulmamasının səbəbi xüsusi qidalardan istifadə etməsidir. Gün ərzində 16 saat işləyən və az yatan nazirin enerjisinin tükənməməsinin səbəbi Malayziya və İndoneziyada yetişən durian meyvəsidir. Nazir bu meyvənin faydasını 5 il Malayziyada Beynəlxalq İslam Universitetində çalışdığı zaman kəşf edib və o vaxtdan süfrəsindən əksik etmir. Durian meyvəsi dünyada enerji mənbəyi kimi məşhurdur. Əsil yaz yorğunluğunu aradan qaldırmaq üçün orqanizmin ehtiyacı olan bir meyvədir.

Maraqlıdır ki, bu meyvənin 100 qramı 153 kalori verir. Bu da orqanizmin gündəlik karbohidrat balansını ödəyə bilir.

İdmançılar çox enerji itirdikləri üçün bu əla qida variantı sayılır. Durian sitrus meyvəsidir. Lifli, ətirli xüsusi dadda olan bu meyvənin tərkibi bolluca C, vitamini ilə xolesterini aşağı sala, qan dövranını yaxşılaşdıra bilir.

Tərkibindəki B vitamini ürək xəstəliyinin qarşısını alır və qocalmanı ləngidir. Dəmir və misin bol olması qırmızı qan hüceyrələrinin artmasına, manqan isə sümük və dəri sağlamlığına səbəb olur. Kalium qan təzyiqinin və nəbzin tənzimlənməsinə kömək edir. Yuxu balansını qoruyur, epilepsiya xəstəliklərinin köməkçisidir. Həmçinin tərkibindəki vitamin əzələ və sinirləri qoruyur. Nəhayət, dölün inkişafı üçün ovu-ovuc yedikləri fol turşusu ilə zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə