Burunsuz körpə dünyaya gəlib FOTOLAR

ABŞ-da burunsuz uşaq dünyaya gəlib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, o, bu il martın 4-də ABŞ-ın Alabama ştatında dünyaya gələn sevimli körpə Eli Tompsondur. Körpənin burunsuz dünyaya gəlməyinə səbəb nadir genetik xəstəlik olan burun sümüklərinin aplaziyasıdır. Bu xəstəliyə 197 milyon körpədə bir rast gəlinir.

Qeyd edək ki, Eli beşgünlük olarkən daha yaxşı nəfəs almağına yardım edən traxeotomiya (əməliyyat vasitəsilə nəfəs borusunda deşik açmaq) həyata keçirilib. Lakin bu prosedurun nəticəsi olaraq, Eli ağlayarkən, demək olar, səs çıxarmır və anası daim ona nəzarət etməlidir.

123456789101112

Bütün xəbərlər Facebook səhifəmizdə