İnsan sifətli quzu ŞOK

Dağıstanda insan sifətli quzu doğulub. Dağıstanın Çirkəy kəndində insan sifətli quzu doğulub. Qeyri-adi quzu baytarları və kənd sakinlərini heyrətə gətirib. Quzunun anomal görünüşü var. Onun burnu, dodaqları və çənəsi insan sifətini xatırladır.

Bu kənddə heyvanlar arasında ilk anomal doğuş deyil. Amma bu cür doğulan heyvanlar uzaqbaşı iki-üç gün yaşayıb. Bu quzu isə tamamilə sağlam və enerjilidir. Baytarlar hələlik onun bu qədər insana bənzəməsinin sirrini aça bilmir. Yalnız quzunun anasının bədənində A vitaminin həddindən artıq olması ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə