Başda iqlim dəyişikliyi olmaq üzərə, məhdud təbii ehtiyatların qorunmasına istiqamətli simvolik bir addım atmaq məqsədiylə həyata keçirilən "Dünya saatı" Parisdə tətbiq olunub. SİA-nın xarici mediaya istinadən xəbərinə görə, Dünya Təbii Ehtiyatlarının Qorunması Vəqfinin (World Wildlife Fund-WWF) təşkilatçılığı ilə qlobal istiləşməyə diqqət çəkmək məqsədiylə təşkil edilən "Dünya saatı (Earth Hour)" tədbiri dünən ilkin olaraq Fransanın paytaxtı Parisdə reallaşdırılıb. Plana uyğun olaraq dünən Fransanın fərqli nöqtələrində işıqlar 1 saat müddətinə söndürülüb. Ancaq təhlükəsizlik səbəbi ilə yalnızca Eyfel Qülləsinin işıqları 5 dəqiqə müddətinə söndürülüb və nəticədə hər zaman öz işıqlı görünüşü ilə paytaxt Parisi bəzəyən Eyfel qülləsi bir andaca qaranlığa qərq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB