20 ildən sonra göründü

İli Pika adlı dovşankimilər nəslindən olan heyvanın yer üzündə sayı 1000-dən aşağıdır. 1983-cü ildə bu nadir heyvanlar aşkar edildikdən sonra onların nəsli 70 faizə kimi azalıb.

Nəsli kəsilmək üzrə olan heyvana təkcə Çinin şimal-qərbində yerləşən Tyan-şan dağında rast gəlinir. Bununla belə, onların sayı pandaların sayından da azdır və nəsli kəsilmək üzərədir.

1983-cü ildə İli Pika tapılarkən onların sayı təxminən 2900 olub. Sayları kəskin şəkildə aşağı düşdükdən sonra bu heyvan 20 il ərzində gözə dəyməyib.

Ayıya bənzəyən bu nadir heyvan haqqında az məlumatlar əldə edilib. Onların nəslinin kəsilməsinə isə qlobal istiliyin təsir etməsi güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə