"Mars One" şirkəti, 2012-ci ildə verdiyi və ümumi dəyərinin 6 milyard dollara çatması gözlənilən Qırmızı Planetə səfər planı çərçivəsində 2027-ci ilə qədər Marsda bir koloniya qurmaq istəyir. SİA-nın məlumatına görə, bu layihə çərçivəsində bir daha geri qayıtmamaq üzrə Qırmızı Planetə yollanacaq insanların adı çəkilən planetdə yeni bir mədəniyyətin təməlini qoymaları üçün "Mars One" şirkəti hər şeydən öncə qrupun təhlükəsizliyinə xeyli önəm verir. Koki Ho, Samuel Schreiner, Andrew Owens, Olivier də Weck adlı alimlərin Massachusetts Universitetində apardıqları bir araşdırmanın nəticələrinə görə, bu layihə finansal, elmi və etik baxımdan heç də düzgün layihə deyil. Qeyd edək ki, layihə çərçivəsində Qırmızı planetə 2-si kişi, 2-si qadın olmaqla 4 nəfərin göndərilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB