Belə təklif görmədiz: “Zəng et, ərə get”

Sürücü dostu üçün qeyri-adi "fədakarlıq" edib
Belə təklif görmədiz: “Zəng et, ərə get”

''Zəng et, ərə get''. Bərdədə bir yük maşınının sürücüsü avtomobilinə belə şüar yapışdırıb. Şüarin altında da telefon nömrəsi. Bu da görənlərin təəccübünə səbəb olub. Maraqlıdır, görəsən 26 yaşlı gənci bu addımı atmağa nə vadar edib?

Avtomobilin sahibi Babək Məmmədov əvvəlcə boynuna almaq istəməsə də sonradan telefon nömrəsinə daha çox qadınların zəng vurduğunu etiraf edib. İş ondadır ki, 26 yaşlı Babək evlidir. Elə buna görə də bu elan onu tanıyanları daha çox təəcübləndirib. Amma işin əslini öyrənəndə məlum olur ki, Babək bu "cəfakeşliyi" subay dostu Elvin üçün edib.

Babək deyir ki, dostunu valideynləri belə evləndirmək üçün yola gətirə bilmir. Əlac qalıb belə üsula.

Bütün xəbərlər Facebook səhifəmizdə