Muzeylərində "Selfie" çubuqlarına qadağa qoyula bilər. SİA-nın məlumatına görə, tətbiq olunması düşünülən qadağa Paris muzeyləri üçün nəzərdə tutulub. Səbəb isə çəkilişlər zamanı çubuğun eksponatlara zərər vurma ehtimalıdır. Hələ ki, qadağa tam tətbiq olunmadığından muzey rəhbərlikləri ziyarətçilərə xəbərdarlıq etməklə kifayətlənir. Onlar muzeyə gələn şəxsləri şəkil çəkərkən ştativləri rəsm əsərləri və heykəllərə yönəltməməyə çağırırlar. Çünki ani bir diqqətsizlik hər hansı qiymətsiz və tarixi əsərin məhv olması ilə nəticələnə bilər.
Xatırladaq ki, bir müddət əvvəl İngiltərədə də belə bir qadağa qəbul olunub. Qadağaya əsasən, stadion və futbol meydançalarında "Selfie" üçün ştativlərdən istifadə olunmasına icazə verilmir. Səbəb çubuğun oyun və konserti izləməyə gələn insanların rahatlığını pozması, tamaşaçıların səhnəni görməsinə mane olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB