İki ofisi birləşdirən yaşıl yol FOTOLAR

Günəş işığı və təmiz havanın olmaması çox vaxt ofisdə işləyənlərin yorğunluğunu artırır. Polşa memarlıq studiyası bu vəziyyəti nəzərə alaraq, ofisləri birləşdirən bir neçə fiqurlu, dar-dolamalı açıq keçid yolları yaradıb. Təbiətdən təcrid olunan işçilər, artıq iş fasiləsi zamanı yaşıl otla örtülən bu platformalarda gəzə bilərlər. Bu yolun eni 80 sm-dir.

Qeyd edək ki, tikinti şirkətinin icazəsi olmadan bu konsepsiyanı həyata keçirmək mümükün deyil. Lakin bütün bu çətinliklərə baxmayaraq bu ideya gerçəkləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə