“Toyota” şirkəti dünyada ilk yanacaq elementləri ilə işləyən avtomobilin kütləvi istehsalına başlayıb
Yaponiyanın "Toyota" avtomobil istehsalı şirkəti fevralın 24-də dünyada ilk yanacaq elementi ilə işləyən avtomobilin kütləvi istehsalına başlayıb. "Miray" ("Gələcək") adı almış bu avtomobil şirkətin Aiti prefekturasının Toyota şəhərində yerləşən müəssisəsində istehsal olunur.
Yanacaq elementi ilə işləyən nəqliyyat vasitələri hidrogenlə oksigenin reaksiyaya girməsi nəticəsində alınan elektrik enerjisinin köməyi ilə hərəkət edir. Bu nəqliyyat vasitələrinin emissiyalarında karbon qazı əmələ gəlmir.
"Toyota" şirkəti cari ilin payızında ABŞ-da və Avropa ölkələrində "Miray" avtomobillərinin satışına başlamağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB