İtaliyanın Piedmont bölgəsində olan 74 otaqlı saray, 3.8 milyon sterlinqə satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, 18-ci əsrdə inşa edilən saray Napoleon Bonaparta məxsus olub. Saray 13 yataq otağı və 30 nəfəri eyni anda qəbul etmək şansı verən qonaq otağı ilə diqqəti cəlb edir. Barok memarlıq üslubunda mükəmməl tikililəri ilə fərqlənən memar Filippo Juvarra tərəfindən inşa edilən bu saray tarixi əhəmiyyətə malikdir.
Qeyd edək ki, saray 1800-ci ildə Habsburg monarxiyası və Fransa arasındakı Marenqo döyüşü əsnasında Napoleon Bonapartın qərargahı olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB