Fransız rəssam Paul Gauguinin 1892-ci ildə Tahitili iki qızı təsvir etdiyi tablosu, 300 milyon dollara satılaraq dünyanın ən bahalı sənət əsəri rekordunu ələ keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsveçrənin Bazel şəhərindəki "Kunstmuseum" muzeyində sərgilənən sənət əsəri, İsveçrəli kolleksioner Rudolf Staechelina aid idi. 'Nafea Faa Ipoipo' (Nə Zaman evlənəcəksən) adlı əsərin Qatarda bir muzeyə satıldığı iddia edilib. Ancaq hələlik Qatar Muzeyinin rəhbərliyi tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB