"Qarğalardan" əmr alıb 20 uşağın başını kəsdi

"Qarğalardan" əmr alıb 20 uşağın başını kəsdi

"Tanrı mənimlə danışdı və uşaqların başlarını bədənlərindən ayırmağımı əmr etdi. Mənə əbədi rahatlıq, cənnət vəd olundu. Ona görə də əmri yerinə yetirməyə başladım". Kot-d`İvuarda 3 ay ərzində 20 uşaq və yeniyetməni xüsusi amansızlıqla qətlə yetirmiş manyak polisdə ifadə verərkən belə deyib.

Drissa Kulibali 14 yaşlı Sedrikə və 10 yaşlı Süleymana hücum edərkən tutulub. Kot-d`İvuar polisi üç aydan bəri uşaqları öldürən, onların başlarını kəsən manyakı arayırdı. Aranan şəxs paytaxt Abicanın şərqindəki Yopuqon səmtində tutulub.

Drissa Kulibali məhəllədəki quyudan su aparan Sedriklə Süleymana tərəf şığıyanda uşaqlar qaçıblar, qışqırmağa başlayıblar. Məhəlləyə səs-küy düşdüyünü görən Kulibali aradan çıxıb. Polis onu yaxınlıqdakı oteldə yaxalayıb. Uşaqlar yaralansalar da, sağ qalıblar.

Kulibalinin indiyədək şaqqaladığı 20 uşaq və yeniyetmədən fərqli olaraq.

"Tanrı mənimlə danışmaq üçün qarğalardan istifadə edirdi. O qarğalar əslində quş görkəmini almış mələklərdi. Mənə uşaqların başlarını kəsməyim əmr olundu. Mən də əmri yerinə yetirdim", - 6 aydan bəri küçələrdə yaşayan D.Kulibali bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə