Yer kürəsindən 117 işıq ili uzaqlıqda yerləşən və içərisində çox yaşlı 5 qayalıq planet olan antik bir ulduz sistemi kəşf edilib. SİA-nın məlumatına görə, Kepler Kosmos Teleskopunun məlumatları üzərində çalışan beynəlxalq astronovtlar komandasının 4 il davam edən ortaq araşdırmasına görə, Kepler - 444 adı verilən bu ulduz və ətrafındakı planetlər təxminən 11,2 milyard il yaşındadır. Alimlər, kainatın 13,8 milyard, Günəş sisteminin isə 4,5 milyard il yaşında olduğunu ifadə edərək Kepler - 444 ulduzunu və qayalıq planetlərini çox yaşlı və sirrli olaraq xarakterizə ediblər.
Bu gün "Astrophysical Journal" jurnalında nəşr olunan araşdırma nəticələrinə görə, ulduzun ətrafında dönən 5 planetin ən kiçiyi Merkuri, ən böyüyü isə Venera ölçülərindədir. Öz ulduzlarına çox yaxın bir orbitdə döndükləri üçün isə planetlərin səthi həddindən artıq isti ola bilər və buna görə də həmin planetlərdə həyatın olması qeyri-mümkün hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB