Bu görüntülər izləmə rekordu qırır

Bu görüntülər izləmə rekordu qırır

Çoxəsirlik tarixə malik olan it və pişik düşmənçiliyinə bir anda son qoyulub. Belə ki başına plastik stəkan keçən pişiyə sülhsevər itin kömək etməsi Youtube portalında izləmə rekordu qırıb.

Pişiyə ehmalca yaxınlaşan it ona zərər yetirmədən stəkanı heyvanın başından götürüb. Görüntüləri izləyən insanlar heyvanın humanist addımını müsbət dəyərləndiriblər və kadrları lentə alan operatorun hərəkətini pisləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə