Tarixin daha bir ehtimalının üstündən xətt çəkildi
Burqundiyada Monreal Universitetinin araşdırmaçıları neandertalların var olduğu dövrə aid sümükdən hazırlanan çoxfunksiyalı alət tapıblar. "Bu onu göstərir ki, neandertallar sümüyün mexaniki funksiyasını və alət hazırlamaq üçün ondan istifadə qaydasını bilirdilər. Bu bacarıqları adətən bizim növlə - "Homo-Sapiens"lə əlaqələndirirlər", - deyə antropoloq Lyuk Doyon bildirib.
Bu tapıntı öz növündə bir ilkdir və neandertalların alət düzəltmə bacarıqları olmadığı haqqında ehtimalların üstündən xətt çəkir.
Belə hesab edilir ki, şimal maralının omba sümüyündən hazırlanan bu alətdən kürək, daş alətlər üçün yonan və əti deşmək üçün qurğu kimi istifadə edirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB