Sürücüsüz avtomobillər istehsal ediləcək

Sürücüsüz avtomobillər istehsal ediləcək

Kanadada sürücüsüz avtomobillərin 2020-ci ildən etibarən yollarda olması nəzərdə tutulur. SİA-nın məlumatına görə, Van Horne İnstitutu, Kanada Konfrans heyəti tərəfindən ortaq şəkildə keçirilən konfransda sürücüsüz avtomobillərin istehsalı məsələsi müzakirə edilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, ölkədə 2020-2025 illər arasında yollarda olması nəzərdə tutulan sürücüsüz avtomobillərin Kanada iqtisadiyyatına illik 65 milyard dollar fayda verəcək. Kanada konfrans heyəti Siyasi Araşdırmalar Direktoru Vijay Gill qeyd edib ki, sürücüsüz avtomobillərin yol qəzalarının azaldılması, tıxacların qarşısının alınması və yanacaq istehlakının minimuma endirilməsi məsələlərində xeyli faydaları olacaq . Onun sözlərinə görə, avtomobillərin yeni iqtisadi və sosial problemlərə səbəb olma ehtimalı da mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə