Milyonluq sərvətini itinə vəsiyyət etdi

Milyonluq sərvətini itinə vəsiyyət etdi

ABŞ-ın Nyu-York ştatının 60 yaşlı sakini Roza Anna Bolseyni 1,5 milyonluq sərvətini uşaqlarına deyil, sahibi olduğu itinə vəsiyyət edəcəyini bildirib. SİA "Hurriyyet"ə istinadən xəbər verir ki, 60 yaşlı amerikalı qadının bildirdiyinə görə, o həyatla vidalaşdıqdan sonra özünə məxsus qızıl-zinət əşyaları, pulları, yazlıq villası 3 yaşlı terriyer cinsli itinə miras qalacaq.

Roza bildirib ki, onun Mia adlı iti lüks həyatını sürdürməlidir. Çünki bu it hər axşam bifşteks yeyir və onun ayrıca paltarları saxlanan otağı da var. Maraqlıdır ki, qadının iki uşağı onun bu arzusuna qarşı çıxmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə