Disneylend sevgisi xərçəng müalicəsinə təsir etdi

Disneylend sevgisi xərçəng müalicəsinə təsir etdi

ABŞ-da keçirilən yardım kampaniyası çərçivəsində xərçəng xəstəliyinə tutulmuş 3 yaşlı Cenifer Oulettə sürpriz edilib. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, yardım kampaniyası çərçivəsində xəstə uşaq Disneylend əyləncə mərkəzinə aparılıb. Kimyəvi terapiya müalicəsi alan Cenifer orada çox sevdiyi Mikki Maus və həmin cizgi filmi qəhrəmanının qız dostu Minye ilə yaxından tanış olub. Lakin Cenifer həmin sürprizi tək qarşılamayıb. Onunla birgə digər xərçəng xəstəsi olan 4 yaşlı Violet də yaxın günlərdə Disneylendi ziyarət edəcək.

Balaca Ceniferin anası isə mətbuata deyib ki, onun qızı bu sürpizdən sonra özünü daha yaxşı hiss etməklə yanaşı, müalicəsi prosesində ciddi irəliləyişlər yaranmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə