Narkotik daşıyan təyyarə həbs olundu

Narkotik daşıyan təyyarə həbs olundu

Almaniyanın Bremen şəhərindəki həbsxanada ilginc olay yaşanıb. SİA "takvim"ə istinadən xəbər verir ki, uzaqdan idarə olunan oyuncaq təyyarə vasitəsilə həbsxana ərazisinə 10 qram çəkisində marixuananın keçirilməsinə cəhd edilib. Həbsxananın bağçasına enən oyuncaq təyyarənin içində paketə bükülmüş narkotik vəsait aşkar edilərək nəzarətçilər tərəfindən götürülüb. Bununla da narkotik öz sahibinə çata bilməyib.

Bremen həbsxanasından isə bildirilib ki, bundan öncə hasarlar üzərindən həbsxana ərazisinə mobil telefon və s. qadağan olunmuş əşyalar atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə