Ömrü uzatmaq üçün ən yaxşı vasitə

Ömrü uzatmaq üçün ən yaxşı vasitə

Alimlər bu suala aydınlıq gətirmək məqsədilə araşdırmalar aparıblar və maraqlı nəticələrə gəliblər. Məlum olub ki, yaxın adamlarla, tanışlarla görüş yerinə, eləcə də işə və məktəbə gecikənlər, tıxaca düşənlər öz sağlamlıqlarına ağır zərbə vururlar. Təsəvvür edin ki, siz uşağınızı məktəbə aparanda, yaxud işə yollananda gecikirsiniz. Özünüzü necə hiss edəcəksiniz? İstər-istəməz narahat olmağa başlayacaqsınız və əsəbiləşəcəksiniz. Bütün bunlar isə stress deməkdir. Britaniyalı alimlərin fikrincə, bir yerə daim gecikənlər ömürlərini minimum üç il azaldırlar. Nəticə budur ki, dəqiqlik ömrü uzatmaq ən yaxşı vasitədir. Alimlər hesab edirlər ki, faydalı vərdişlərə başlamaq heç vaxt gec deyil. Gün ərzində 25 dəqiqə gəzinti, velosiped sürmək və ya üzgüçülüklə məşğul olmaq xəstəxanaya düşmək ehtimalını 50 faiz azaldır. Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları isə zehni əməklə məşğul olan 55 yaşdan yuxarı insanların iş qabiliyyətini və yaddaşını öyrəniblər. Aşkar ediblər ki, gündəlik təmiz havada gəzənlərin beyin funksionallığı gənclərdə olduğu kimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə