Azərbaycan alimi hörümçəyin üç yeni növünü aşkarlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqovaya tərəfindən aşkar edilən yeni hörümçəklər otbiçən növ – Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu növ hörümçəklər elm üçün təsvir edilib. Hörümçəklərin nazik, uzun ayaqları var və otbiçən formadadırlar.
Bundan əlavə, AMEA-nın Zoologiya İnstitutunun alimləri tərəfindən Azərbaycanda vəhşi və ev heyvanları arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlanıb. Lənkəranın şirin sularında ilk dəfə Qafqaz faunası üçün bir növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün Dcorona tuberculata növü tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB