Onları fərqləndirməyin sadə yolları
Orijinal yoxsa saxta xəz?

Xanımların qış mövsümündə ən çox sevdikləri geyimlərdən biri də xəzlərdir. Xanımların qış mövsümündə ən çox sevdikləri geyimlərdən biri də xəzlərdir. Az qala sərvət bahasına başa gələn bu məhsulların saxtası və keyfiyyətsizi də bazarda kifayət qədərdir. Bəs görəsən belə məhsullarla əsl xəzi necə fərqləndirmək olar?

Eleqant və isti.Kifayət qədər də bahalı.Qiyməti 2 min manatdan, 20 min manata qədər dəyişir.

Söhbət əksər xanımların qarderoblarında görmək istədikləri xəzlərdən gedir.

Xəz geyimlərin bahalı olması bazara saxta məhsulların çıxarılması ehtimalını da artırır. Ancaq müəyyən məqamlara fikir verməklə saxta xəzi orijinalından ayırmaq mümkündür.

Xanımların ən çox yanıldığı məsələlərdən biri də xəzin ağırlığını onun orijinallığı ilə əlaqələndirmələridir. Halbuki əsl xəz yüngül də ola bilər.Üstəlik, xəzin tikilişi də onun orijinallığından xəbər verir.

Ümumiyyətlə, tükü tökülən və rəngi dəyişən xəz saxta hesab olunur.

Xəzin çox parıldaması isə onun süni boya ilə rənglənməsindən xəbər verir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də belə məhsullar alarkən məhsulun yarlığındakı məlumatlara fikir verilməsini vacib hesab edir.

Məhsulu alarkən tanınmış brendlərə müraciət etmək, ekspert məsləhəti almaq və məhsulun zəmanət sənədini tələb etmək də sizi saxtakarlıqdan sığortalaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə