Dünyanın ən faydalı pəhrizi Skandinaviya pəhrizi

Dünyanın ən faydalı pəhrizi Skandinaviya pəhrizi

Skandinaviya pəhrizinin əsasını balıq, giləmeyvələr, tərəvəzlər, süd məhsulları və raps yağı təşkil edir. Böyük Britaniyanın "The Daily Mail" qəzeti xəbər verir ki, Şərqi Finlandiya alimləri belə qida rasionunu artıq kiloqramlardan əziyyət çəkənlərin hamısına məsləhət görürlər. Bu təbii və təzə məhsullar orqanizmdə ümumi iltihabı aşağı salır, bütün orqanların və sistemin fəaliyyətini yaxşılaşdırır.

Belə pəhriz ikinci tip diabetin inkişaf riskini, iltihab reaksiyalarını azaldır, tərəvəz və meyvələr, təzə balıq arıqlamağa cavabdeh genləri aktivləşdirir ki, bu da insult və infarkt ehtimalını azaldır.

Hazırkı tədqiqata metabolik sindromlu (arterial hipertenziya, diabet və piylənmə) kişilər və qadınlar cəlb olunublar. Yuxarıda sadalanan patologiyalardan ikisinin birləşmə halları araşdırılıb. Könüllülərin yarısına 18-24 gün ərzində Skandinaviya pəhrizini saxlamaq təklif olunub, qalanları isə adi qaydada qidalanıblar.

Birinci halda alimlər yaxşı nəticə əldə ediblər. Adamların orqanizmində iltihab göstəriciləri aşağı düşüb, lazımi piy toxumaları aktivləşib. Alimlər əmindirlər ki, sadə qidalanma qaydaları uzunmüddətli perspektivdə bədənin kütləsini azaltmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə