Cəlilabada ikibaşlı buzov doğulub FOTOLAR

Cəlilabada ikibaşlı buzov doğulub  FOTOLAR

Cəlilabad rayonunda inək ikibaşılı buzov doğub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qeyri-adi hadisə rayonun Sabirabad kənd sakini Zahir Şahbazovun təsərrüfatında baş verib. İnəklərdən birinin iki başılı buzov doğması görənlərin təccübünə səbəb olub. 7 ayağı və 2 quyruğu olan inək balası doğulduqdan bir neçə dəqiqə sonra ölüb. İnək balasının qeyri-adiliyi bununla bitmir. Belə ki, onun iki başı olsa da 3 bədəni var, eləcə də onun cinsiyyəti məlum deyil. Buzovun doğulması düz bir gün çəkib.

Baytar həkiminin sözlərinə görə, buzovun doğuş prosesi normal keçsəydi, onu müəyyən müddətə kimi sağ saxlamaq mükün olardı. Zahir Şahbazov deyir ki, anormal buzov doğan inək bundan öncə 3 bala verib və onların hamısı sağlam doğulub. Bu onun təsərrüfatında baş verən ilk qeyri-adi hadisədir.

Mütəxəsislərin fikrincə, dölün belə anormal inkişaf etməsi əksər halda heyvnaların öz törəmələrindən olan əkscinslə cütləşməsindən yaranır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə