Stanford Universitetinin tədqiqatçıları soyuq qış vaxtı necə qızınmağın yolunu tapıblar. Əgər soyuğu hiss ediriksə, deməli, istini orqanizmimizin hasil etməsindən tez itiririk. Beləliklə, bədəni xarici mühitdən təcrid etmək lazım gəlir. Ona görə də biz qışda isti köynək, şuba və digər qalın paltarlar geyinirik.
Xarici Kütləvi İnformasiya Vasitələri yazır ki, orta hesabla insan bədəni 187 Vt istilik hasil edir ki, ondan təqribən 24 Vt konveksiya, qalan 163 Vt isə istilik şüalanmasına gedir. Konveksiya və şüalanma arasında fərqi aşağıda qeyd olunan misalda daha asan başa düşmək olar. Nəfəsimizlə donmuş əllərimizi qızdıranda istiliyin konveksion keçidi baş verir, əgər əllərimizi yanan buxarıya tuturuqsa, onda onu infraqırmızı şüalar qızdırır. Adi geyim konveksiyanın qarşısını yaxşı alır, lakin şüalanmadan itkini zəif müdafiə edir. Bu isə o deməkdir ki, hətta ən isti gödəkçədə belə şaxtada dursaq, yenə də üşüyəcəyik.
"Newsland" portalı xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları fiziki biliklər və nanotexnologiyalar əsasında ən isti geyimi hazırlamağa başladılar. Əsas vəzifə insan bədənini qızdıran infraqırmızı şüaları effektli əks etdirən material hazırlamaq idi. İstilik şüalarını effektli əks etdirən adi alüminium folqası bunun öhdəsindən əla gələrdi. Lakin material, bundan başqa, istiliyi saxlamaq üçün nəmkeçirici də olmalı, yəni geyim mütləq "nəfəs almalıdır". Fiziki baxımdan o, infraqırmızı şüaları saxlamalı, eyni zamanda su buxarının molekullarını buraxmalıdır.
Bu məqsədlə adi parçaya gümüş nanosaplar təbəqəsi yerləşdirilib. Onlar 200-300 nm, yəni insan tükünün diametrindən 250 dəfə kiçik məsamələri olan tor formasındadır. Bu məsamələr diametri təxminən 0,2 nm olan su molekullarının sərbəst keçməsinə də kifayətdir. Bu materialın digər əhəmiyyətli xüsusiyyəti onun elektrik keçiriciliyidir. Əgər gümüş nanosapla örtülmüş paltara cərəyan buraxılarsa, o qızacaq. Bunun üçün paltarı elektrik cərəyanına qoşmağa ehtiyac qalmır, orqanizm üçün tam zərərsiz olan bir voltdan aşağı gərginlikdən istifadə etmək kifayətdir.
Bir kvadratmetr pambıq parçanı nanosapla örtmək üçün 0,1 qram gümüş lazım gəldiyi nəzərə alınarsa, bu, kifayət qədər ucuz başa gəlir. Materialın yaradıcıları öz işlərinin davamlılığını sınaqdan keçiriblər. Məlum olub ki, belə parça öz xüsusiyyətini bir neçə dəfə yuyulduqda itirmir. Bundan başqa, gümüş parçanın ömrünü uzadan antibakterial təsirə də malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB