42 il sonra tapılan məktub

Nicholas Sparks-ın romanı əsasında çəkilən "Message in a Bottle" filmindəki hadisənin bir bənzəri, keçdiyimiz günlərdə yaşanıb. Belə ki, bundan 42 il əvvəl okeana atılan içərisində məktub olan limonad şüşəsi Nyu- Yorkda dəniz sahilində tapılıb. SİA-nın məlumatına görə, şotlandiyalı balıqçı John Souter, 42 il əvvəl atası ilə birgə balıq tutmaq üçün dənizə üz tutublar. Həmin vaxt bu gün 66 yaşında olan Souter kağız parçası üzərinə bəzi qeydlər etdikdən sonra onu şüşənin içərisinə qoyaraq dənizə atıb. Souter həmin anları xatırladığını deyərək qeyd edib ki, məktubun üzərində adını, ünvanını və doğum tarixini yazıb: "Məktubu limonad şüşəsinin içinə qoydum və dənizə atdım. Qaynım Bill də eyni şeyi etmişdi, ancaq onun məktubu 1 il sonra tapılmışdı. Mən isə öz yazdığım məktubun mətnini çoxdan unutmuşdum. Bu qədər zaman sonra tapılmasına hələ də inana bilmirəm".
Nəzərinizə çatdıraq ki, şüşəni Nyu -Yorkda dəniz sahilində gəzinti zamanı Michael Scholz adlı bir turist tapıb. Şüşəni özü ilə Almaniyaya aparan Scholz, daha sonra onu Soutera qaytarıb. Souter isə Scholza təşəkkür məktubu göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə