500.000 arıdan ibarət geyim

Çində özünə arılardan geyim düzəltmək fikrinə gələn bu şəxsin adı Şe Pingdir. SİA-nın məlumatına görə, 34 yaşı olan bu şəxs bədəninə müxtəlif titrəşimdə olan alətlər birləşdirərək, burnunu və qulaqlarını pambıqla tıxadıqdan sonra 500 000 arını sərbəst buraxıb. Qısa zaman içində Ping-in bədəninə sarılan arılar onun bədənində müxtəlif formalar alıb. Sosial şəbəkələrdə geniş yayılan bu görüntülər böyük maraq obyektinə çevrilib. Nəzərinizə çatdıraq ki, daha əvvəllər də Şe Ping bu kimi digər fərqli göstərişlərlə diqqəti öz üzərinə cəlb edə bilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə