Minlərlə "Twitter" istifadəçisi Yeni il günü Arizona ştatındakı şose yollarından birində çəkilmiş qəribə məxluqların fotolarından heyrətə gəlib. ABŞ sakinləri bu qəribə məxluqların "Qar adamı" olduğunu iddia edirlər.
Qeyd edək ki, qar adamı, yeti, saskvoç və ya biqfut kimi tanınan məxluqlar hündür dağ və meşə ərazilərində rast gəlinən əfsanəvi varlıqdır.
Foto "Twitter" sosial şəbəkəsində yerləşdirildiyi andan müxtəlif fərziyyələr irəli sürülür.
Bulanıq çəkilmiş şəkildəki varlıqların əslində ağac olduğunu iddia edən insanlar da tapılıb. Bəziləri isə, sadəcə olaraq, bunun zarafat olduğunu zənn edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB