Eyni gündə doğulub, eyni gündə öldülər

90 yaşlı əkiz bacılar iki saat arayla eyni gündə ölüblər
Eyni gündə doğulub, eyni gündə öldülər

90 yaşlı əkiz bacılar iki saat arayla eyni gündə ölüblər. ABŞ-ın İllinios ştatında Granite şəhərində yaşayan 90 yaşlı Mari Dikson və Marsa Dikson adlı əkiz bacılar ömrünün sonuna kimi birlikdə yaşayıblar.

Eyni evdə yaşayan əkiz bacılar ər seçimində də eyni zövqə sahib olublar. Mari Uilliamla, Marsa da onun qardaşı Tomasla ailə həyatı qurub.

Eyni gündə doğulub, ömrünün sonuna kimi birlikdə yaşayan əkiz bacılar yeni il gecəsi iki saat arayla həyatlarına vida ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə