Marsla əlaqələr kəsilir

NASA-nın Cruiositidən illər əvvəl Marsa göndərdiyi ilk kosmos robotu olan "Opportunity " yaddaşını itirib. SİA-nın məlumatına görə, NASA-nın səlahiyyətli nümayəndələri, 2004-cü ildə Marsa göndərilən "Opportunity" adlı robotun yaddaş itkisi ilə qarşılaşdığını bildiriblər. Mütəxəssislər, topladığı məlumatları öz-özünə silən robotu təmir etməyə çalışarkən, problemin həllinin mümkünsüz olduğu bildirilir. Robotun mərkəzlə bütün ünsiyyətinin kəsildiyini bildirən mütəxəssislər, "Opportunity" robotunun artıq öz görəvini sonlandırmaq üzərə olduğunu qeyd ediblər. Əslində bu robotun artıq öz vəzifəsini tamamladığını demək olar. Belə ki, Marsa göndərilən bütün robotlar cəmi 3 ay boyunca fəaliyyətdə olur, ancaq "Opportunity" robotu 11 il boyunca Marsda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə